6 Eylül 2025, Cumartesi
12:46

“Ümidlə gəl”xeyiriyyə layihəsinin rəhbəri,ictimai xadim Hacı Quliyev: “İnklüzivliyin sirri layihəsi ölkə hüdudlarını aşacaq”

SİYASET
“Ümidlə gəl”xeyiriyyə layihəsinin rəhbəri,ictimai xadim Hacı Quliyev: “İnklüzivliyin sirri layihəsi ölkə hüdudlarını aşacaq”
Haber : Zeynep Abbasova/ Azerbaycan

“Ümidlə gəl”xeyiriyyə layihəsinin rəhbəri,ictimai xadim Hacı Quliyev: “İnklüzivliyin sirri layihəsi ölkə hüdudlarını aşacaq”

Ulu Öndər Heydər Əliyev hər zaman insan amilini ön plana çəkib, hər kəsin bərabər hüquqa malik olduğunu vurğulayıb. Bu gün onun müəyyən etdiyi bu dəyərlər bizim fəaliyyətimizin əsasını təşkil edir.
Onun sözlərinə görə, dövlətimizin dəstəyi ilə həyata keçirilən inklüziv layihələrin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasıdır.
Ölkəmizdə inklüziv cəmiyyətin inkişafı istiqamətində uzun illərdir fəal şəkildə çalışan ictimai xadim Hacı Quliyev mövzu ilə bağlı maraqlı açıqlamalar verib.

“Biz çox uzun illərdir bu layihə üzərində çalışırıq.İlk başladığımız zamanlarda bəzi valideynlər övladlarını cəmiyyətdən gizlədirdi. Amma bu gün minlərlə valideyn sosial şəbəkələr üzərindən bizə müraciət edir. Bu, çox sevindirici haldır”, – deyə Hacı Quliyev bildirib.

Xatırladaq ki, “İnklüzivliyin sirri” layihəsinin bundan əvvəlki tədbiri Laçında təşkil olunub. Böyük bir komandanın iştirakı ilə baş tutan tədbirdə inklüziv uşaqlar və onların ailə üzvləri də iştirak ediblər.
Hazırda isə yeni və möhtəşəm bir layihə üzərində işlər davam edir. İtaliyada reallaşacaq tədbir çərçivəsində inklüziv cəmiyyətə məxsus rəsm qalereyası təqdim olunacaq.
Hacı Quliyev sonda vurğulayıb:
“İnklüzivliyin sirri layihəsi ölkəmizin ictimai həyatında mühüm rol oynayır. İnanıram ki, illər keçdikcə bu layihə ölkə hüdudlarını aşacaq və istedadlı balalarımız başqa ölkələrdə də Azərbaycanı layiqincə təmsil edəcəklər.”